ASAN-Viza — AFR-in müvəqqəti pasportu ilə müraciət etmək

By Asif Masimov Авг6,2018
Print Friendly, PDF & Email

Almaniyada yaşayan bir çox soydaşlarımız Azərbaycana gedərkən AFR-in verdiyi müvəqqəti passport əvəz edən səyahət sənədi ilə səyahət edirlər. Belə olan halda Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün vizanın rəsmiləşdirilməsi vacibdir. Əcnəbi vətəndaşlar üçün verilən pasport əvəz edən səyahət sənədilə Azərbaycana səyahət edərkən və ASAN-VİZA sistemi vasitəsilə müraciət edərkən nəyə diqqət yetirəcəyiniz haqqında məlumat vermək istərdim. 
1. Evisa.gov.az saytına daxil olarkən sizin viza rəsmiləşdirilməsi
üçün iki seçiminiz var: «Standard e-viza» və «Təcili».
İstənilən düyməyə basdıqda siz artıq növbətisəhifəyə keçid alırsınız. 
2. İkinci səhifədə siz artıq pasportun verildiyi ölkəni və kateqoriyanı seçməlisiniz. Sizdə «boz» və ya «mavi» rənqdə AFR tərəfindən verilmiş əcnəbilər üçün pasport əvəzi səyahət sənədidirsə, siz «Səyahət sənədindəki ölkəni/reqionu seçin» qrafasında “Almaniya”, «Səyahət sənədinin növünü seçin» bölməsində isə «Vətəndaşlığı olmayan şəxs üçün» seçin.  

Реклама
Müraciət düyməsinə basqıdan sonra löhvəhə müvafiq qaydada doldurun.

3. Viza üçün müraciət etməmişdən öncə pasportun etibarlıq müddətinə diqqət yetirmək çox vacibdir. Belə ki, siz elektron viza üçün müraciət etdikdə pasportun etibarlıq müddəti viza bitdiyi gündən 6 ay olmalıdır. Misal: Sizin vizanız 01.01.2019-cu ildən 90 gün ərzində yalız 30 gün (01.01.2019-01.04.2019-cu il tarixlərində cəmi 30 gün) etibarlıdır. Viza üçün müraciət edərkən sizin pasportun etibarlıq müddəti ən azı 1 iyul 2019-cu ilədək etibarlı olmalıdır. 

Реклама

4. Rəsmiləşdirilmiş vizada səhv etdikdə narahat olmayın. Belə ki, https://evisa.gov.az/az/check-statust səhifəsinə daxil olub «Düzəliş et» düyməsinə basaraq problemi aradan qaldıra bilərsiniz. Düzəliş 3 saat ərzində icra olunacaq və sizə cavab veriləcək. Səhvi aradan qaldırmaq üçün siz eyni zamanda əlavə 5 ABŞ dollar xidmət haqqı ödəməlisiniz. 

Son yazılar

Реклама

Оставить комментарий