Berlində film və mafiya gecəsi

Dünən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Berlində və hətta ətraf şəhərlərdə yaşayan azərbaycanlılar „Berlində film və mafiya gecəsi“ adlı tətbirimizdə iştrak etdilər. Qonaqlar Gurban Ələkbərovun təklifi ilə Çingiz Rəsulzadənin „Kuklalar“ filminə baxdılar, sonra filmin müzakirəsi və fikir mübadiləsi oldu. Nəticə etibariilə deyə bilərəm ki, film çoxları tərəfindən bəyənildi.

Filmdən sonra səbirsizliklə gözlənilən mafiya oyunu başladı və bu oyunda təxminən 25 nəfər iştirak etdi. Ümümillikdə bu axşamda çox səmimi bir əhval-ruhiyyə vardı. Təşkilatı dəstəyə görə Fariz Gasımlaya, içkilərin təmin olunmasında ASN-nə  və gələn bütün qonaqlara təşəkkür etmək istərdim. Gələn görüşlərədək.

Schreibe einen Kommentar