• ASAN-Viza – AFR-in müvəqqəti pasportu ilə müraciət etmək

Almaniyada yaşayan bir çox soydaşlarımız Azərbaycana gedərkən AFR-in verdiyi müvəqqəti passport əvəz edən səyahət sənədilə səyahət edirlər. Belə olan halda Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün vizanın rəsmiləşdirilməsi vacibdir. Əcnəbi vətəndaşlar üçün verilən pasport əvəz edən səyahət sənədilə Azərbaycana səyahət edərkən və ASAN-VİZA sistemi vasitəsilə müraciət edərkən nəyə diqqət yetirəcəyiniz haqqında məlumat vermək istərdim.  Evisa.gov.az saytına daxil olarkən sizin viza rəsmiləşdirilməsi üçün iki seçiminiz var: „Standard e-viza“ və „Təcili“. İstənilən düyməyə basdıqda siz artıq növbəti səhifəyə keçid alırsınız İkinci səhifədə siz artıq pasportun verildiyi ölkəni və kateqoriyanı seçməlisiniz. Sizdə yuxarıda qeyd edildiyi kimi „boz“ və ya „mavi“ rənqdə AFR tərəfindən verilmiş əcnəbilər üçün pasport əvəzi səyahət sənəddirsə, siz „Səyahət sənədindəki…

• Almaniyada Polis və ya gömrük işçilərinin sənədlərin sadə yoxlanışı zamanı mənim avtomobilimdə baxiş və ya axtarış keçirmə icazəsi varmı?

Emil Budagov LL.M. oec. Wirtschaftsjurist/Hüquqşünas  Facebook   Linkedin   Xing
Mənə Azərbaycandan gəlib Almaniyada daimi və ya uzunmüdətli qalan və bu ölkədeə avtomobil idarə edən bir çox insanlar/sürücülər Almaniyada avtomobillərinin polis və ya gömrük işçiləri tərəfindən sadə yoxlanış zamanı avtomobilə baxış və ya axtarış keşirməsinə icazələrinin olub olmaması barədə çox sayda suallar ünvanlayırlar. Bu səbəbdən qərara aldim ki, qısa da olsa sizlərlə bəzi məlumatları paylaşım.

İlk öncə onu deyim ki, avtomobilə baxış/axtarış keçirilməsinə icazənin verilməsi əsasən sürücünün polis və ya gömrük orqanları tərəfindən dayandırılmasından asılıdır.

Avtomobilin polis tərəfindən axtarılması və ya Avtomobilə polis…

• Xaricdə yaşadıqdan və Azərbaycana qaytıdıqdan sonra nəyi bilməlisiniz

MOBILAZE layihəsi çərçivəsində hazırlanmış "Xaricdə yaşadıqdan və Azərbaycana qaytıdıqdan sonra nəyi bilməlisiniz" adlı məlumatlandırıcı broşur
Şəxsiyyət vəsiqəsi/Qeydiyyat Tibbi xidmət Məşğulluq məsələləri Təhsil məsələləri Gömrük məsələləri Şəxsiyyət vəsiqəsi/Qeydiyyat  Tibbi xidmət  Məşğulluq məsələləri  Təhsil məsələləri  Gömrük məsələləri  Ähnliche Beiträge / Похожие записи:Şengen vizası aldıqdan sonra nəyə diqqət yetirmək lazımdır?16 yaşından sonra ilk dəfə şəxsiyyət vəsiqəsi…

• Almaniyada təhsil alanların və təhsil almaq istəyənlərin nəzərinə

Emil Budagov LL.M. oec. Wirtschaftsjurist  Emillə əlaqə saxlamaq
Mənə olunan çoxsaylı müraciətləri nəzərə alaraq, qısa da olsa Almaniyada təhsil aldığınız zaman imtahanlarla, professorlarla, dekanatla və s. olan problemlərinizi imkan daxilində vəkilsiz və məhkəməsiz özünüzün tez həll edə bilmeyiniz üçün bəzi məlumatları sizlərlə bölüşmək istəyirəm.

Almaniya və Almaniyada təhsil fikirləşdiyiniz və eşitdiyiniz qədər asan və ədalətli deyil və heç də hər dəfə deyilənlər kimi, əgər professorla və ya Universitetlə qanun çərçivəsində danışmasaz, o cümlədən məhkəməyə müraciət etməsəz, qanunla tənzimlənmir və ya nizamlanmır. Son zamanlar Almaniya Universitetlərinin professorları imtahanlardan tələbələri qəsdən kəsməklə, həqiqətən də tələbələrin yazdıqları imtahanların nəticəsinə uyğun olan yüksək qiymət əvəzinə aşağı…

• 16 yaşından sonra ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən nəyə diqqət yetirmək lazımdır?

Azərbaycan Respublikasının 16 yaşına çatmamış hər bir vətəndaşı üçün şəxsiyyət vəsiqəsi Qanunla müəyyən edilmiş qaydada onun qanuni nümayəndəsi müraciət etdikdən sonra verilir. Azərbaycan Respublikasının vətəndaşları bir qayda olaraq şəxsiyyət vəsiqəsi rəsmiləşdirmək üçün yalnız Azərbaycanda müvafiq qurumlara müraciət edə bilərlər.  16 yaşınadək şəxsiyyət vəsiqəsi olmayan və artıq yaşı 18-dən çox olan şəxslər ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət etdikdə valideynin biri (yada qanuni nümayəndəsi) ilə birlikdə ərizə anketində imza atmalıdırlar. Misal üçün, Almaniyada yaşayan bir azərbaycanlı şəxsin artıq 20 yaşı var və o, həyatında ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət edir. Belə olan halda onun valideynin biri, yada qanuni nümayəndəsidə ərizə anketində imza atmalıdır. 18 yaşına çatmış, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və pasportu…

• Şengen vizası aldıqdan sonra nəyə diqqət yetirmək lazımdır?

Bu yazıda Azərbaycan vətəndaşlarının Şengen razılaşması ölkələrinə viza alarkən tez-tez etdiyi səhvlər haqqında məlumat vermək istərdim. Bir çox vətəndaşlarımız bilərəkdən, yada bilmədən Şengen razılaşmasının qaydalarını pozurlar. Beləki, Şengen razılaşmasına əsasən əgər siz yalnız bir Şengen ölkəsinə gedirsinizsə, onda yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz.  Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, onda birinci daxil olacaq ölkənin  səfirliyinə müraciət etməlisiniz. Əgər siz bir neçə Şengen ölkələrinə getməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, belə olan haldada birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət etməlisiniz. Aşağıda sizə misal göstərəcəm: Misal üçün, siz yalnız Almaniyaya səyahət etmək istəyirsiniz. Belə olan halda siz Almnaniyada sizin səyahətiniz üçün zəruri sənədləri hazırlayaraq AFR-in Azərbaycandaki…

• Almaniyada doğulan Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportun rəsmiləşdirilməsi

1 Sentyabr 2013-cü il tarixində qəbul olunmuş qaydalara əsasən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir. Almaniya ərazisində Azərbaycan Respublikası vətəndaşlarının dünyaya gələn, o cümlədən 18 yaşına çatmayan və müvafiq alman dövlət qurumu tərəfindən doğum şəhadətnaməsi alan uşaqlar Azərbaycan ümumvətəndaş pasportun rəsmiləşdirilməsilə bağlı aşağıda qeyd olunan qaydaları nəzərə almalıdırlar: Alman müvafiq dövlət qurumu tərəfindən verilən doğum şahadətnaməsinin 18 yaşına çatmayan Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələri olmadığına görə, ümumvətəndaş pasportu yalnız Azərbaycanda müvafiq qurumda rəsmiləşdirə bilərlər. Azərbaycana getməmişdən qabaq, uşağın doğum şəhadətnaməsinin üzərində möhür və icraçı şəxsin imzası sənədi verilən şəhərin icra orqanı (Bezirk-, Landesamt, Rathaus və s.) tərəfindən təstinqlənməlidir. Almanlar buna “Vorbeglaubigung der Unterschrift” deyirlər. Sənəd təstiqlənəndən sonra…

• Qarabağ atları Almaniyada – reportaj

Şəkil: azadlıq.orgHazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə „Qarabağ atlarının dostları“ klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub. Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, Verena Solian Almaniyanın Qinsxaym şəhərində “Qarbağ atlarının dostları” klubunun sədri qismində Qarabağ atları cinsinin yetişdirməsi ilə məşğuldur. Solian Azərbaycanın Qarabağ atlarına təsadüfən rast gəldiyini qeyd edir və bildiri ki, “Mənim o biri atım olmüşdür və mən yenisini axtarırdım. Bir elan qəzetində rus atına rast gəldim və bu məndə maraq oyatdı”. Solian qeyd edir ki, beləliklə o bu atı əldə edib sonradan müəyyən etdi ki, bu rus deyil azərbaycan atıdır. 1994-cü ildən bəri xanım Solian yox…

• Erməni təcavüzünə qarşı mitinq

https://www.youtube.com/watch?v=sI_vHuXW9yY2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb. Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın çarəsizcəsinə Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və geniş beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına və davam etməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) 4 qətnaməsi Dağlıq-Qarabağ regionunun…