Coronavirus — 21-ci əsrin bəlasımı? Təhlükə dərəcəsi nə qədərdir? Baş verənlərin reallığı nə qədərdir? Nə etməliyik?

By Asif Masimov Мар 17, 2020
coronavirusPhoto by CDC on <a href="https://www.pexels.com/photo/coronavirus-3992933/" rel="nofollow">Pexels.com</a>
Print Friendly, PDF & Email
Dr. Surəddin İsmayıl

Dr. Surəddin İsmayıl

Həkim

Реклама

Bildiyiniz kimi, risk bölgəsindən (Almaniya) gəldiyim üçün hal-hazırda karantin şəraitindəyəm və elə ilk gündən bu vəziyyətlə əlaqədar hər gün axşam saatlarında məlumat verirəm. Bu gün bunu başqa formada etmək qərarına gəldim. Beləki, gözləmədiyim şəkildə çoxlu suallar verildi, yanlış məlumatlar gəldi. Azərbaycan internet axtarış portalında da bu haqda az yazının olması məni, bu günümü bu yazıya həsr etməyə istiqamətləndirdi. Müxtəlif xarici məqalələrdən bəhrələnərək ərsəyə gətirdiyim bu yazının suallarınıza cavab verəcəyini ümid edirəm.

CoV ailəsi 1960-cı illərdən tibbə məlumdur və əsasən heyvanlar arasında yaygın olan böyük bir virus qrupudur. Nadir hallarda heyvandan insana və daha sonra insandan insan yoluxur.

CoV adi «soyuqlama» halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında «soyuqdəymə» kimi bilinən hallara səbəb olur. Yeri gəlmişkən deməliyəm ki, bu işdə başqa qrup viruslar da aktiv iştirak edir.

CoV infeksiyası ilə əlaqədar ilk beynəlxalq təcili səhiyyə vəziyyəti 2003-cü ildə rastlaşıb. Beləki, bu zaman SARS-CoV, öncədən bilinməyən bir virus kimi (red. COVID19 kimi) ortaya çıxmış və yüzlərlə insanın həyatını itirməsinə səbəb olmuşdur. Təqribən 10 il sonrasa CoV ailəsindən daha əvvəl heyvan və insanlar arasında varlığı məlum olmayan MERS-CoV (Middle East Respiratory Syndrome Coronavirus) aşkar olundu. Beləki, 2012 -ci ilin sentyabr ayında S. Ərəbistanında insanlar arasında tapıldı, fəqət ilk xəstəlik hallarının İordaniyanın Zarqa şəhərində olduğu təspit olunmuşdu.

İndisə keçək günümüzdə əvvəlcə epidemiya (infeksiyon xəstəliyin bir ərazidə geniş yayılması), daha sonra da pandemiyaya

(red. infeksiyon xəstəliyin sərhədləri aşması, qitələrarası vəziyyət alması, ikinci belə bir xəstəlik QİÇS-AIDS infeksiyasıdır) səbəb olan COVID19 koronavirusuna.

Реклама

31 dekabr 2019-cu ildə Ümumdünya səhiyyə təşkilatının Çin ofisi Çinin Hubey əyalətinin Vuhan şəhərində etiologiyası (səbəb) naməlum pnevmoniya (ağciyər iltihabı-sətəlcəm) hallarının qeydə alındığı elan etdi. Artıq yanvarın 7-sində yeni səbəbkarın koronavirus ailəsindən olduğu müəyyənləşdirildi və ona COVID19 ismi verildi. 4 sinfi (alfa, beta, qamma və delta) olan bu CoV-un insan, donuz, yarasa, pişik, it, gəmirici həmçinin qanadlılar olmaqla evcil və vəhşi heyvanlar arasında tapıldığı bildirilir.

Yoluxma heyvan-insan, insan-insan yolu ilə aşağıdakı mexanizmlərlə baş verir.

Vertikal yolla yoluxma, yəni anadan bətndəki körpəyə yoluxma halı inkar olunmuşdur. 9 hamilə qadın üzərindəki tədqiqat bunu sübut edib.

1 yoluxmuş insanın 2-4 sağlam şəxsi yoluxdurma qabiliyyəti var. Amma bir Superspreader halı, yəni bir insanın daha çox sayda insanı yoluxdurması mümkündür. Elə bu hazırki fövqaladə vəziyyəti izah edə bilər.

Virus yuxarı tənəffüs yollarından daxil olarkən aşağı tənəffüs yollarına keçib, daha ciddi fəsadlar törətməzdən əvvəl boğaz/udlaq və burun selikli qişasının hüceyrələrində toplanır və «çoxalır» (red. bu hissəni yadınızda saxlayın!). Və nəticədə yoluxmuş şəxs inkubasiya dövründə hər ağzın açanda ya asqıranda ətrafa çoxlu virus səpir.

Bu dövr törədicinin (indiki halda COVID19, beta alt-tipi) orqanizmə daxil olmasından ilk xəstəlik əlamətlərinin meydana çıxmasına qədərki müddətə deyilir. Müxtəlif faktorlardan (yaş, cins, yanaşı xəstəliklərin olub-olmaması, stres, immunitetin zəifliyi və s.) asılıdır və buna görə 2-14 gün arasında dəyişir. Əhali arasında təşvişə səbəb olan karantin müddəti bununla müəyyənləşdirilir. (red. burda qeyd etməliyəm ki, günümüzdə PZR (polimeraza zəncirvari reaksiya) müayinəsi sayəsində virusla yoluxmanı 24 saat içində müəyyənləşdirmək olar və mənfi nəticə olduğu halda, karantinə ehtiyac yoxdur. Bu tibbi-elmi faktdır. Lakin hazırda pandemiya yaşadığmıza görə əlavə ehtiyat tədbirlərinə ehtiyac yarandığıdan, ikinci test zərurəti yaranıb və ona qədərki dövrün karantin şəraitində keçirilməsi məsləhətdir!).

İnkubasiya dövründən sonra əlamətlər meydana çıxır. Meydana çıxan xəstəlik və ya əlamətlər müxtəlif və fərdi olmaqla adi qrip vəziyyətindən ağır tənəffüs xəstəliyinə qədər geniş spektri əhatə edir:

 

  1. Adi qrip vəziyyəti dediyimiz hal (qrippoz) quru öskürəkdə, burunaxma, asqırma, ümumi halsızlıq, qısa sürən və yüksək olmayan hərarət (37,5-38,5°C) boğaz və bəzən baş ağrısı, ishal kimi qeyri-spesifik əlamətlərlə özünü göstərir;
  2. Pnevmoniya və bronxit kimi daha ağır və ya kəskin tənəffüs xəstəliklərisə bunlarla yanaşı özünü tənəffüs çatışmazlığı, ciddi ümumi halsızlıq, yüksək (>38,5°C) və davamlı hərarətlə özünü göstərir;
  3. 17-29 % hospitalizasiya hallarında ağır hipoksiya ilə gedən kəskin tənəffüs çatışmazlığı, daha sonrasında kəskin böyrək çatışmazlığı inkişaf edir. Ən təhlükəli vəziyyət viral sepsisdir.
  •  

Xüsusi xəstə qrupları:​

  • Yaşlı və immun sistemi zəif olan şəxslərdə infeksiyanın atipik gedişi rastlana bilər, məsələn, xəstəliyin inkişaf etməsinə baxmayaraq, hərarət olmaz. Məhz belə gizli gedişə və digər tərəfdən yorulmuş bədən və müqavimətə görə ölüm halları əsasən bu qrup insan arasında daha çox təsadüf olunur;
  • Uşaqlarda gedişat ya yumşaq ya da əlamətsiz olur. Hərarət 39°C-dən aşağı olur. Buruntutulma/-axma, ishal, öskürək kimi əlamətlər rast gəlinir. Ümumi vəziyyətləri təsirlənmir.

Müalicəsi

Xəstəliyin xüsusi müalicəsi yoxdur. Eyni zamanda istifadə olunan peyvənd də yoxdur.

Birləşmiş ştatlarda peyvəndin tapıldığı və sınaqda olduğu bildirilir.

Yuxarıda qeyd edilən birinci halda hətta xəstəlik özü-özündən keçib gedir, adi yaz-payız vaxtı yaşadığımız virus səbəbli burunaxmalar, öskürəklər kimi. Sadəcə ehtiyac yaranarsa, simptomatik müalicə — ağrıkəsici, hərarətəleyhinə, öskürəkəleyhinə və s. dərmanlarla olar.

İkinci və üçüncü hallarda isə xəstəxana şəraitində ixtisaslaşmış heyət tərəfindən xüsusi tibbi tədbirlərə ehtiyac var və vacibdir. Bunlar haqqında geniş məlumatı burda yazmağı gərəkli hesab etmirəm.

Proqnoz:

Proqnoz ümumilikdə yaxşıdır. Çox hallarda simptomlar həfifdir. Fəqət ömrünün 6cı onilliyinə başlamış şəxslərdə ağır şəkil alır. Xüsusilə qeyd etdiyim kimi daha yaşlı, yanaşı xəstəlikləri, immun sistemi zəif olanlarda proqnoz pisdir.

Yaxşı halda meydana çıxan simptomlar 2 həftə içində sönür.

Yaşa uyğun ölüm halları:

Yaş Ölüm [%]
0-9 — 0

10-19 0,2
20-29 0,2
30-39 0,2
40-49 0,4
50-59 1,3
60-69 3,6
70-79 8,0
> 80 14,8

Bütün bunları bildikdən sonra düşünürəm ki, sizlərə artıq daha rahat olar və gəlin birlikdə nələrə diqqət etməyimizə, yoluxma hallarının qarşısını almaq və bəlanın tezliklə çəkilməsi üçün nələr edə biləcəyimizə birlikdə baxaq:

Bütün bunlar ola bilər ki, virusu məhv etməsin, xüsusilə çoxlarının dilindən düşməyən maska, lakin hazırki fövqaladə vəziyyəti tezliklə dəyişməyə kömək edəcəyinə əmin olun, riayət edin və başqalarının da bunlara riayət etməsinə nəzarət edin! Uğur olsun!

Hörmətlə,

Dr. Surəddin İsmayıl

17.03.2020, Qobustan şəhəri, Karantin bölgəsi.

Реклама

By Asif Masimov

Дорогие читатели, мой блог в основном о жизни в Германии. Я очень рассчитываю на то, что информация в моем блоге помогает вам. Решили поблагодарить меня и помочь в развитии моего блога? Подписывайтесь на меня в соц. сети. Делитесь ссылками с теми, для кого представленная в блоге информация может быть полезной, комментируйте и ставьте лайки :).

Оставить комментарий