Erməni təcavüzünə qarşı etiraz aksiyası – BERLİN

Aprelin 6-da Berlində Ermənistan Prezidenti Serj Sarkisyanın Almaniyaya işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib.
Aksiya beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırırdı.
Nümayişçilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələb edib, Federal Kansler Merkelin nəyə görə erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşublar.



Schreibe einen Kommentar