About

Petra Nachtmanova ilə Saz haqqında

Mən bu gün azərbaycanın saz musigisini Avropada tanıdan – Petra Nachtmanova ilə birlikdə, Azərbaycan tələbə şəbəkəsinin Berlin ofisində, başqa gənclərlə maraqlı görüş keçirdim. Petra Nachtmatova Stephan Talneau ilə birlikdə SAZ layihəsini həyata keçirirlər. Bu layihənin çərçivəsində onlar  Balkanlardan tutmuş Xorasanadək 4-5 aylıq səyahət edərək, saz haqqında geniş bir film çəkəcəklər.

Artıq bu yayın iyun aylarında (3-14) onlar öz çəklişlərini Azərbaycanda davam etdiriblər. Çəkilişin bir hissəsi Azərbaycanın səfalı bölgələrindən olan Gədəbəydə davam etmişdi. Aşağıda orda çəkilmiş video ilə tanış ola bilərsiniz.

Categories: About, Cтатьи