UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan „Düdelanj“ – „Qarabağ“ oyunu erməni təxribatı ilə əlaqədar pozulub. Matç 30-cu dəqiqədə müvəqqəti dayandırılıb. Buna dron vasitəsilə stadionun üzərində qondarma „Dağlıq Qarabağ Respublikası“nın bayrağının qaldırılması səbəb olub. „Qarabağ“ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb. Lüksemburqun idman naziri yaranmış vəziyyətə görə meydanda Azərbaycan tərəfdən üzr istəyib. Müvəqqəti fasilədən sonra oyun bərpa olunub. „Qarabağ“ 4-1 hesabı ilə qalib gəlib.
Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.
Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.
“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.
Klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb:
“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.
We apologize to guests from Azerbaijan. We have nothing to do with this provocation. We'll figure out! pic.twitter.com/xh5IFonIlV
— F91 Dudelange (@F91_Dudelange) October 3, 2019
Təxribatı törədən şəxslərin sosial şəbəkədəki hesabları
AFFA-ın bəyanı
Ähnliche Beiträge / Похожие записи
- Азербайджанское культурное наследие Тбилиси
- Музей Сталина в Тбилиси и Гори
- English-Azerbaijani phrases
- Следы русской культуры в Азербайджане - русские в Кедабеке
- Народы Азербайджана - Красная Слобода и горские евреи Азербайджана
- Almaniyada təhsil alanların və təhsil almaq istəyənlərin nəzərinə
- Aserbaidschanische Redewendungen - wichtige Wörter
- Almaniyada doğulan Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportun…
- Список и фото мечетей Ичери-Шехер - Старый город Баку
- Места, которые стоит посетить в Баскале - Исмаиллы
- Flame Towers Baku - Restaurant (Aserbaidschanische Küche)
- Almaniyada Polis və ya gömrük işçilərinin sənədlərin sadə yoxlanışı…
Teilen mit:
- Klick, um über Twitter zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf Facebook zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf WhatsApp zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf Telegram zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf LinkedIn zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken zum Ausdrucken (Wird in neuem Fenster geöffnet)
No comments! Be the first commenter?
Du musst angemeldet sein, um kommentieren zu können.