TRT radiyosuna müsahibəm

By Asif Masimov Ноя26,2016
Print Friendly, PDF & Email

  Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin Baş katibi Asif Məsimovla söhbət.

Реклама

Asif Məsimov: Adından da bəlli olduğu kimi, biz tələbə şəbəkəsiyik. Tək Almaniyada deyil, Çexiya və İtaliyada da fəaliyyətimiz var. 2011-ci ilin oktyabr ayında Berlində yarandıq. Məqsədlrimizdən biri budur ki, Almaniyada təhsil alan gənc Azərbaycan akademiklərini bir araya gətirib, onlara dəstək verib Avropa ilə münasibətləri dərinləşdirəkBaşqa məqsədimiz də odur ki, Avropada, xüsusən də Almaniyada olan elmi işçilərin Azərbaycana olan marağını yüksəltmək.

  2013-cü ildə Çexiyada bizim ofisimiz açıldı, 2015-ci ildə isə Romada. Qısa müddətdə bir neçə elmi konfrans və tədbirlər keçirdik. Almaniyadakı professorları, siyasətçiləri, deputatları və ekspertləri bir neçə tədbirimizə cəlb etmişik. Bizim əsas prioritet mövzumuz Qarabağ müharibəsi, Xocalı soyqırımı və buna bənzər problemlərdir. Ona görə tədbirlərimizdə də əsas mövzular bunlar olub. Amma bu o demək deyil ki, biz ancaq münaqişələri, problemləri əhatə edən tədbirlər təşkil etmişik, həm də bayramlarımızı keçirmişik. Məsələn, Novruz bayramını hər zaman qeyd etmişik.

  Almaniyada “Karnaval de Kulturn” var, biz orada da çox yaxşı təmsil olunduq. Bu karnavalda dini, mədəniyyəti fərqli insanlar özlərini təqdim edir. Burada hətta cinsi azlıqlar da var idi.

  Berlinin şüarlarından biri budur: multi-kulti, yəni qarışıq mədəniyyətlər. Və biz burada çox uğurla iştirak etdik. Azərbaycanı yaxından tanımırdılar və bizi çox maraqla qarşılayırdılar.

Реклама
  Bizim burada tələbələrimizə dəstəyimiz də olur. Biz bir neçə Almaniya şirkətiylə razılıq əldə etdik ki, onlarda bizim tələbələr təcrübə keçsinlər. Maliyyə tərəfini biz tapırıq, məsələn, İndeks, SOCAR nümayəndəlikləri öz üzərinə götürüb maliyyə xərclərini. Biz sadəcə vasitəçi kimi kömək edirik bizim tələbələrə. Bundan başqa, mən bizim tibbə yardım olan işlərimizi də vurğulamaq istəyirəm. Biz bir neçə layihələr həyata keçirmişik. Xərçəngin araşdırılmasıyla bağlı elmi araşdırma qrupu yaradıldı Vüqar Yaqublunun başçılığıyla və bu gün də fəaliyyət göstərir. Bundan başqa, Hannoferdə də tibb sahəsində layihəyə start vermişik. Məqsəd o deyil ki, hamısı uğurlu olsun. Məqsəd odur ki, təşəbbüslərə dəstək verək. Bu işlərin nəticəsini biz gələcəkdə biləcəyik, bir on-iyirmi ildən sonra.

  Azərbaycan Tələbə Şəbəkəsinin yaranması və fəaliyyətində bizə maliyyə yardımı edən iş adamları çoxdur, əsas SOCAR-ın dəstəyini vurğulamaq istəyərdim. Onun maddi dəstəyinin əsasında yarandıq. Türkiyədə fəaliyyət göstərən İndeks şirkəti də bizə dəstək oldu. Almaniyadakı alman təşkilatları müəyyən tədbirlərin təşkilində bizə yardım etdi. Almaniyada fəaliyyət göstərən Türkiyə qurumları da bizə maddi və ya texniki dəstək oldular.  

Sevda Mirzə: Hər bir işin içində kiçikli-böyüklü problemlər olur, bunları aşmağı necə bacarırsınız?

Реклама

Asif MəsimovTəbii ki, üzə çıxmayan uğursuz layihələr də var. Bunlar əsasən maddi və ya müəyyən bürokratik problemlərlə bağlı olur. Bir misal deyim. 2015-ci ilin növbəti Xocalı Soyqırımı mərasimiylə bağlı bizim planımızda Berlində “Maping show” göstərmək var idi: yəni hansısa binanın üzərində Xocalıyla bağlı görüntülər göstərmək. Məşhur binalara müraciət etdik, mənfi cavab aldıq. Aydın idi ki, siyasi məsələ olması və hansısa dərəcədə ermənilərin xətrinə dəyməmək üçün onlar bizə “yox” cavabı verdilər. Amma bizim eyni layihəmiz Praqada reallaşdı. Biz artıq gördük ki, Almaniyada biz bürokratik problemlərlə tez-tez rastlaşırıq. Praqada isə asanlıqla keçdi, çox uğurlu oldu, əks-səda doğurdu, eyni zamanda, Praqa və Azərbaycan mətbuatında da yer aldı.

  Başqa problemlərə gəlincə. Bizim əsas problemimiz odur ki, bizim səsimizi eşitmirlər. Biz keyfiyyətli, bacarıqlı işlər görsək də, Almaniyada bizi ya eşitmək istəmirlər, ya da sadəcə reaksiya vermirlər. Erməni provakasiyasının (təbliğatının) qurbanı olmuşuq müəyyən dərəcədə.

  Başqa problem insan resursudur ki, biz hər dəfə onu yeniləməliyik. Bura gələn tələbələrimiz qısa müddətə gəlir, sonra iş tapır, başqa şəhərə və ya ölkəyə köçür. Buna görə biz bir növ insan resursunu itirmiş oluruq. Həmişə çalışmalıyıq ki, yeni-yeni üzləri, yeni-yeni tələbələri özümüzə cəlb edək. Çünki tələbələr bizim səfirimizdir.

  Bizim kitab layihəmiz də var. Bu layihə çərçivəsində biz Qarabağla bağlı, Azərbaycanla bağlı kitabları universitetlərə yaymaq məqsədi qoymuşuq. Almaniyanın Köln, Berlin kimi bir çox böyük şəhərlərindəki universitetlərin kitabxanalarına bu kitabları yerləşdirməyə nail olmuşuq.

  Tələbələrimiz oxuduqları universitetlərdə bizim texniki və ya maddi dəstəyimizlə tədbirlər keçirmişlər. Bu baxımdan tələbələr bizimçün çox əhəmiyyətlidir. Biz bunun yollarını araşdırırıq: necə edək ki, tələbələri həmişə toplaya bilək, təmasda olaq.

Sevda Mirzə: Almaniyada təhsil alan və başqa millətlərdən olan tələbələri necə, cəlb edə bilirsinizmi tədbirlərinizə?

Asif MəsimovMəqsədimiz Avropa ilə Azərbaycanı bir-birinə yaxın etməkdir, xüsusilə, elmi səviyyədə. Biz Qərbi və Şərqi Almaniyanın bir sıra təşkilatlarıyla əlaqə yaratdıq. Erasmus və digər tələbə mübadilə proqramları, Ukrayna tələbələri, Türkiyəli tələbələr, Alaturka, Türk-Almaniya təşkilatı ilə sıx münasibətlər şəraitində çalışırıq. Amma təəssüf ki, bu, tədbirdən tədbirə olur.

  Keçən ilin — 2015-ci ilin iyul ayı, bildiyiniz kimi, Ramazan ayı idi. Biz Berlində fəaliyyət göstərən yəhudi tələbə şəbəkəsiylə əlaqə yaradıb təklif etdik ki, “Bir yerdə dinlərarası dialoq çərçivəsində bir iftar təşkil edək”. Onlar dəstəklədilər bizim təşəbbüsü. Sonra biz protestant gənclər cəmiyyəti və protestant elmi araşdırma qrupu ilə əlaqə yaradıb burada — Berlində Türk Şəhidlik Məscidində iftar süfrəsi açdıq. İftarı biz verdik, amma təşkilatçı həm yəhudi, həm xristian, həm də müsəlman icmalarıydı.

Sevda Mirzə: Siz tədbirlər, layihələrdə bir araya gəlirsiniz. Deyək ki, bir neçə ay tədbir yoxdur, o zaman, heç olmasa, həftədə bir dəfə milliyyətindən asılı olmayaraq tələbələrlə bir araya gələ bilirsinizmi?

Asif Məsimov: Bəli, bizdə 2-3-4 ay boşluqlar olur. Bu arada biz çalışırıq böyük tədbirlər edək, istər elm, istər mədəniyyətlə bağlı. Ümumiyyətlə isə, tədbirlərimiz olmadığı aylarda bizim film gecələrimiz olur. Ya da “Talk and chay” masaları arxasında, çay süfrələri ətrafında bir ekspertin iştirakıyla maraqlı söhbətlərimiz olur.                              

  “Körpü” verilişi (37-ci), mövzu: Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi haqqında Baş katib Asif Məsimovla söhbət. Yayımlanma tarixi: 17.09.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.

Daha ətraflı: burada 

Реклама

Оставить комментарий