Xocalı faciəsinin Avropada düzgün təbliğ etmə metodları

By Asif Masimov Янв 12, 2020
Print Friendly, PDF & Email
Реклама

SAMİR HASANOV

Çox təəssüf hissi ilə qeyd etməliyik ki, Xocalı soyqırımını bizim bir çox rəsmi və qeyri-rəsmi qurumlar məhz yanvar-fevral aylarında xatırlayırlar. Bu faciənin ölkə xaricində anma mərasimi hər il olduğu kimi standart formada qalmaqda davam edir. Bir qayda olaraq böyük şəhərlərdə nümayişlər keçirilir, türk diaspor təşkilatları ilə birlikdə tədbirlər təşkil olunur və sosial şəbəkələrdə bununla bağlı materiallar paylaşılır. Beləliklə belə zənn edirik ki, Xocalı həqiqətlərini yaşadığımız çevrədə lazımi şəkildə tanıda bilirik. Əfsuslar olsun ki, bu belə deyil və biz hər il özümüzü aldatmış oluruq. Bunun real səbəbləri Almaniyada təhsil almış biriləri kimi bizlərə çox yaxşı aydındır. Xocalı soyqırımı istiqamətində nəticə əldə etmək üçün aşağıda qeyd etdiyimiz məsələlərə diqqət ayrılmalmasını xahiş edirik: 

Реклама

1. Xocalı facisəsinə yaşadığımız ölkələrdə hüquqi qiymətin verilməsi

a. Xocalıya Azərbaycanda hüquqi qiymət verilməlidir;

b. Xocalı faciəsində əli olanlara qarşı açılmiş cinayət işi fəal davam etdirilməlidir;

c. Məsələ yuxarı instansiya məhkəmələrinə çıxarılmalıdır;

d. Hüquqi səviyyədə əcnəbi araşdırmacılar tərəfindən fərqli metodik yanaşma və nəzəriyyə əsasında Xocalı faciəsi araşdırılmalı, terminlərə aydınlıq gətirilməli (Avropanın akademik dairələrində Xocalı faciəsi “qətliam” kimi qeud olunur) və kitablar nəşr olunmalıdır.

2. Xocalı faciəsinə elmi və siyasi qiymətin verilməsi

Siyasi qiymət verilmədən öncə Xocalı faciəsi akademik dairələrdə araşdırılmalıdır. Belə ki, Avropa Birliyi parlamentində hər hansı bir qatnamə müzakirə etdildikdə, akademik dairələrdən məsələ ilə bağlı eksperlətlər dəvət olunur və onların fikri öyrənilir.

  1. Fərqli akademik dairələrdə araşdırmanın aparılması:
  • Siyasət
  • Etnologiya
  • Tarix
  • İqtisadiyyat
  1. 1Antropologiya və digər səviyyələrdə araşdırmaların aparılması. Tələbələr arasında araşdırma qruplarının yaradılması, Azərbaycanda soyqırımla bağlı yay və qış məktəblərinin, konfrans və simpoziumların təşkili.

— Yuxarıda qeyd olunan tədbirlər keçirildikdən sonra gənc əcnəbi araşdırmaçıların arasında eyni zamanda bakalavr, master, doktor işlərinin bu mövzuda seçmələri üçün motivasiya yaranacaq;

  1. 2 Əcnəbi tələbələr arasında müsabiqələr təşkil edilməlidir

3. İctimai qiymətin verilməsi

  1. Məsələyə hüquqi qiymət verildikdən sonra araşdırmaçılar fəaliyyətə başlayacaq;
  2. Fərqli elmi istiqamətlərdə kifayət qədər araşdırmalar aparıldıqdan sonra məsələni lobbiçilərin vasitəsilə siyasi gündəmə gətirmək daha asan olacaq;
  • Siyasi gündəmə gəldikdən sonra mətbuat məsələyə diqqət ayıracaq və bu haqda yazılı məlumatlar yerləşdiriləcək;
  • Bu artıq istər akademik, istərsə də publisistik səviyyədə yerli əhalinin məlumatlı olması demək olacaq;
  • Siyasi qiymət verildikdən sonra isə əhalinin fərqli təbəqələri Xocalı faciəsini neytral qəbul edəcək və bizim tərəfdən aparılan istənilən işləri normal qarşılayacaq;
  • Bütün bu vəzifələri həyata keçirdikdən sonra isə artıq Xocalı ilə bağlı numayişlər, yürüşlər və piketlər keçirmək olar. Əks halda və indiki dönəmdə bizlər nümayiş keçirdikdə xaricin ictimai-siyasi dairələri bunu bizim təbliğat xarakterli etdiyimizi zənn edirlər və hətta iradlarını bildirirlər. Başqa sözlə bizim bu gün təşkil etdiyimiz istənilən aksiya bizim özümüzə qarşı yönəldilib.

Təbii deyə bilərsiniz ki, Xocalı ilə bağlı əcnəbi dildə bir neçə kitablar dərc olunub. Ancaq unutmayaq ki, bu kitabların sayı çox azdır. Bu kitablar adətən soyqırım və münaqişə araşdırmasında kifayət qədər tanınmayan tədqiqatçılar tərəfindən həyata keçirilir. Əslində görülən işləri təqdirə layiq saymaq olardı, lakin kitabları yazanların əksəriyyati bu istiqamətdə araşdırma aparmır.

Реклама

Biz illərdir istifadə edilən qısamüddətli düşüncə metodlarından imtina etməli və uzunmüddətli üsullarla işləməliyik. Xocalı faciəsi ilə bağlı nümayişlərin təşkilinə orta hesabla 2-3 həftə kifayət edir. Müəyyəm kütləni bir araya gətirib, şəkillər çəkdikdən sonra əsasən Azərbaycan dilli mətbuatda xəbərlər yerləşdirilir, ən yaxşı halda yerli parlamentə bir petisiya da ünvanlanılır. Vəssalam! Bunula da biz Xocalı faciəsinin niyə və hansı səbəbdən Avropa ölkələrində tanınmamasından gileylənirik. Biz bu gün Xocalının 30, 50 və 100 illiyi üçün daha praqmatik addımlar atmalıyıq. Özümüzü aldadacaq tədbirlərdən əl çəkməliyik. Yuxarıda sadaladığımız tədbirləri bugün belə başlamağ gec deyil. Avropanın mərkəzi meydanlarında minlərlə azərbaycanlı və əcnəbilərin toplanması və ədalətin tələb olunması Xocalıya ilk öncə hüquqi, siyasi və elmi səviyyədə lazımı qiymətin verilməsindən asılıdır.  

Реклама

By Asif Masimov

Дорогие читатели, мой блог в основном о жизни в Германии. Я очень рассчитываю на то, что информация в моем блоге помогает вам. Решили поблагодарить меня и помочь в развитии моего блога? Подписывайтесь на меня в соц. сети. Делитесь ссылками с теми, для кого представленная в блоге информация может быть полезной, комментируйте и ставьте лайки :).

Оставить комментарий