• Almandilli Google axtarış sistemində bizim nöqsanlarımız

    Avropada yaşayan soydaşlarımız çox vaxtı gileylənirlər ki, bizim Qarabağ münaqişəsini, eləcə də Xocalı faciəsini avropalılar tanımırlar və ya təhrif edilmiş məlumat verirlər. Bu problemin obyektiv və subyektiv səbəbləri var. Bu yazımda çalışacam bir neçə misalda Azərbaycan həqiqətlərinin almandilli Google axtarış sistemində hansı şəkildə təmsil olduğunu diqqətinizə çatdırım.  Gələn həftə “Qanlı Yanvar” faciəsinin 30-cu ildönümüdür. Google axtarış sistemində alman dilində “Qanlı Yanvar” adətən „Schwarzer Januar“ və ya “Schwarzer Januar von Baku“ açar sözləri ilə axtarılır. Kompyuterdən axtarış etdikdə (telefonla nəticələr bir balaca fərqlənir) ilk beşlikdə Vikiepediya, mənim şəxsi bloqum və 2017-ci ildə Samir Həsənovla birgə yaratdığımız Alumniportal Aserbaidschan saytının məqalələri çıxır. Əslində 2015-ci ildə Google axtarış sisyemində həmin kəlmələri yazdıqda ermənilərin təhrif edilmiş…

  • Azərbaycan almanları: Helenendorf bu gün (Göygöl)

    1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf – bugünkü Göygöl şəhəri) salınıb.

  • Chodschali © masimovasif.net

    Vətən uzaqda deyil – Almaniya

    İctimai Tv Almaniya azərbaycanlılarının qonağı olub. Telekanal Almaniyada yaşayab azərbaycanlıların həyatından və vətən həsrətindən reportaj hazlrkayıb. https://www.youtube.com/watch?v=GRqPSGaCQec

  • Moskvada keçirilən regional konfrans

    Ziyaddin Aslan Mayın 26-29-u tarixlərində Moskvada Almaniya Parlamenti Təqaüdçülərinin regional konfransı keçirildi. Konfransın gündəmi keçmiş sovet ölkələri arasında olan münasibətlərə həsr olunmuşdu. Azərbaycan tərəfini Asif Məsimov, Zamin Azizov və mən təmsil edirdik. Rusiyadan olan təqaüdçülər tərəfindən təşkil edilən konfransda 10 ölkədən gəlmiş təqaüdçülər, o cümlədən Bundestaqın beynəlxalq layihələr üzrə şöbəsinin sədri Saskia Lenberqer, onun əməkdaşı Dolores Ştamer, RAN Analitik mərkəzinin sədri Dr. Utkin və Almaniyanın Rusiyadakı səfirliyinin əməkdaşları da iştirak edirdilər. İştirakçıları və yaradılmış şəraiti nəzərə alaraq çıxışımızı postsovet ölkələrində olan konfliktlərə, xüsusilə Qarabağ probleminə həsr etdik. 3 Hissədən ibarət çıxışımızda Ukrayna krizisi ilə Qarabağ konflikti arasında paralellər apardıq, ikili standartlara toxunduq. Təqdimatdan sonra gözlənildiyi kimi qarşı tərəfin (Qarabağla bağlı…