• 16 yaşından sonra ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən nəyə diqqət yetirmək lazımdır?

    Azərbaycan Respublikasının 16 yaşına çatmamış hər bir vətəndaşı üçün şəxsiyyət vəsiqəsi Qanunla müəyyən edilmiş qaydada onun qanuni nümayəndəsi müraciət etdikdən sonra verilir. Azərbaycan Respublikasının vətəndaşları bir qayda olaraq şəxsiyyət vəsiqəsi rəsmiləşdirmək üçün yalnız Azərbaycanda müvafiq qurumlara müraciət edə bilərlər.  16 yaşınadək şəxsiyyət vəsiqəsi olmayan və artıq yaşı 18-dən çox olan şəxslər ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət etdikdə valideynin biri (yada qanuni nümayəndəsi) ilə birlikdə ərizə anketində imza atmalıdırlar. Misal üçün, Almaniyada yaşayan bir azərbaycanlı şəxsin artıq 20 yaşı var və o, həyatında ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət edir. Belə olan halda onun valideynin biri, yada qanuni nümayəndəsidə ərizə anketində imza atmalıdır. 18 yaşına çatmış, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və pasportu…