• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Berlində qeyd olunub

    Berlin şəhərində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Almaniya Azərbaycanlılarının Alyansının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev çıxış edərək azərbaycanlıların birliyinin və həmrəyliyinin ölkəmiz və xalqımız üçün əhəmiyyətindən söz açıblar. Tədbir Azərbaycan xalq mahnılarından ibarət musiqi proqramı ilə davam etdirilib və tədbir iştirakçılarına ziyafət verilib. https://www.youtube.com/watch?v=TWLBf_k2AF0