• İnformasiya müharibəsi və elmi portalların rolu

    Bu yazını çoxdan yazmağı düşünürdüm və nə dərəcədə əhəmiyyətli olub-olmamasını götür-qoy edirdim. Son zamanlar bizim, əsasən xaricidilli, həmçinin almandilli elektron axtarış sistemində zəif nəticə gösətəricilərimizə görə, nəhayət bu məqalənin yazılmasına qərar verdim. Yazını oxuduqdan sonra şərh bölməsində fikirlərinizi bildirə, məlumatın faydalı olduğunu düşünsəniz, sosial şəbəkədə paylaşa bilərsiniz. Bəri başdan qeyd etmək istərdim ki, mənim sahəm humanitar fənnlər olsa da, bloqqerliklə son 8 ildir həvəskar kimi məşğul oluram və axtarış sistemilə bağlı məlumatları internet üzərindən oxuyaraq tanış olmuşam. Bu sahədə mənim ilk layihəm İsmayıllı rayonu İvanovka kəndi haqqında “ivanovka.net” saytı hesab olunur. Hazırda layihənin uğurlu olduğunu qeyd edə bilərəm. Belə ki, son 8 ildə həmin layihəm üzərindən minlərlə internet istifadəçisi mənə…

  • Almandilli Google axtarış sistemində bizim nöqsanlarımız

    Avropada yaşayan soydaşlarımız çox vaxtı gileylənirlər ki, bizim Qarabağ münaqişəsini, eləcə də Xocalı faciəsini avropalılar tanımırlar və ya təhrif edilmiş məlumat verirlər. Bu problemin obyektiv və subyektiv səbəbləri var. Bu yazımda çalışacam bir neçə misalda Azərbaycan həqiqətlərinin almandilli Google axtarış sistemində hansı şəkildə təmsil olduğunu diqqətinizə çatdırım.  Gələn həftə “Qanlı Yanvar” faciəsinin 30-cu ildönümüdür. Google axtarış sistemində alman dilində “Qanlı Yanvar” adətən „Schwarzer Januar“ və ya “Schwarzer Januar von Baku“ açar sözləri ilə axtarılır. Kompyuterdən axtarış etdikdə (telefonla nəticələr bir balaca fərqlənir) ilk beşlikdə Vikiepediya, mənim şəxsi bloqum və 2017-ci ildə Samir Həsənovla birgə yaratdığımız Alumniportal Aserbaidschan saytının məqalələri çıxır. Əslində 2015-ci ildə Google axtarış sisyemində həmin kəlmələri yazdıqda ermənilərin təhrif edilmiş…

  • 16 yaşından sonra ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən nəyə diqqət yetirmək lazımdır?

    Azərbaycan Respublikasının 16 yaşına çatmamış hər bir vətəndaşı üçün şəxsiyyət vəsiqəsi Qanunla müəyyən edilmiş qaydada onun qanuni nümayəndəsi müraciət etdikdən sonra verilir. Azərbaycan Respublikasının vətəndaşları bir qayda olaraq şəxsiyyət vəsiqəsi rəsmiləşdirmək üçün yalnız Azərbaycanda müvafiq qurumlara müraciət edə bilərlər.  16 yaşınadək şəxsiyyət vəsiqəsi olmayan və artıq yaşı 18-dən çox olan şəxslər ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət etdikdə valideynin biri (yada qanuni nümayəndəsi) ilə birlikdə ərizə anketində imza atmalıdırlar. Misal üçün, Almaniyada yaşayan bir azərbaycanlı şəxsin artıq 20 yaşı var və o, həyatında ilk dəfə şəxsiyyət vəsiqəsi üçün müraciət edir. Belə olan halda onun valideynin biri, yada qanuni nümayəndəsidə ərizə anketində imza atmalıdır. 18 yaşına çatmış, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və pasportu…

  • Şengen vizası aldıqdan sonra nəyə diqqət yetirmək lazımdır?

    Bu yazıda Azərbaycan vətəndaşlarının Şengen razılaşması ölkələrinə viza alarkən tez-tez etdiyi səhvlər haqqında məlumat vermək istərdim. Bir çox vətəndaşlarımız bilərəkdən, yada bilmədən Şengen razılaşmasının qaydalarını pozurlar. Beləki, Şengen razılaşmasına əsasən əgər siz yalnız bir Şengen ölkəsinə gedirsinizsə, onda yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz.  Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, onda birinci daxil olacaq ölkənin  səfirliyinə müraciət etməlisiniz. Əgər siz bir neçə Şengen ölkələrinə getməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, belə olan haldada birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət etməlisiniz. Aşağıda sizə misal göstərəcəm: Misal üçün, siz yalnız Almaniyaya səyahət etmək istəyirsiniz. Belə olan halda siz Almnaniyada sizin səyahətiniz üçün zəruri sənədləri hazırlayaraq AFR-in Azərbaycandaki…