• İnformasiya müharibəsi və elmi portalların rolu

    Bu yazını çoxdan yazmağı düşünürdüm və nə dərəcədə əhəmiyyətli olub-olmamasını götür-qoy edirdim. Son zamanlar bizim, əsasən xaricidilli, həmçinin almandilli elektron axtarış sistemində zəif nəticə gösətəricilərimizə görə, nəhayət bu məqalənin yazılmasına qərar verdim. Yazını oxuduqdan sonra şərh bölməsində fikirlərinizi bildirə, məlumatın faydalı olduğunu düşünsəniz, sosial şəbəkədə paylaşa bilərsiniz. Bəri başdan qeyd etmək istərdim ki, mənim sahəm humanitar fənnlər olsa da, bloqqerliklə son 8 ildir həvəskar kimi məşğul oluram və axtarış sistemilə bağlı məlumatları internet üzərindən oxuyaraq tanış olmuşam. Bu sahədə mənim ilk layihəm İsmayıllı rayonu İvanovka kəndi haqqında “ivanovka.net” saytı hesab olunur. Hazırda layihənin uğurlu olduğunu qeyd edə bilərəm. Belə ki, son 8 ildə həmin layihəm üzərindən minlərlə internet istifadəçisi mənə…