• “Hərbi And” qəzeti – Asif MƏSİMOV

    Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını azərbaycançılıq təşkil edir. Məhz bu ideya ilə biz özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu işdə ölkəmizdə kənarda yaşayan azərbaycanlıların rolu isə mühüm əhəmiyyət daşıyır. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin məzunu Asif Məsimovla da bu mövzuda söhbətimizi davam etdirdik. Həmsöhbətimiz hal-hazırda Almaniyada yaşayır. Asif Məsimov 2008-ci ildə Bakı Dövlət Universitetinin Həmkərlar İttifaqının sayəsində Moskva Dövlət Universitetində təşkil olunan beynəlxalq konfransda iştirak edib. Elə həmin il DAAD-nin bir aylıq yay məktəbi üçün təqaüd qazanıb. Universiteti bitirdikdən sonra 2009-cu ildə Azərbaycanın ordu sıralarına çağırılıb və vətənə olan borcunu verib. 2011-2014-cü ilə kimi Georg-August Universitetində Siyasi Elmlər üzrə magistratura pilləsində…