Allgemein

Almaniyada Polis və ya gömrük işçilərinin sənədlərin sadə yoxlanışı zamanı mənim avtomobilimdə baxiş və ya axtarış keçirmə icazəsi varmı?

Emil Budagov LL.M. oec.

Wirtschaftsjurist/Hüquqşünas

Mənə Azərbaycandan gəlib Almaniyada daimi və ya uzunmüdətli qalan və bu ölkədeə avtomobil idarə edən bir çox insanlar/sürücülər Almaniyada avtomobillərinin polis və ya gömrük işçiləri tərəfindən sadə yoxlanış zamanı avtomobilə baxış və ya axtarış keşirməsinə icazələrinin olub olmaması barədə çox sayda suallar ünvanlayırlar. Bu səbəbdən qərara aldim ki, qısa da olsa sizlərlə bəzi məlumatları paylaşım.

İlk öncə onu deyim ki, avtomobilə baxış/axtarış keçirilməsinə icazənin verilməsi əsasən sürücünün polis və ya gömrük orqanları tərəfindən dayandırılmasından asılıdır.

Avtomobilin polis tərəfindən axtarılması və ya Avtomobilə polis tərəfindən baxiş keçirilməsi

Sürücülər Polislər tərəfindən yoxlanılarkən, onların, yəni polislərin ümumi trafik nəzarət hüququna malik olduğunu nəzərə almalıdırlar. Bu barədə § 36 StVO qeyd olunub. Ümumi trafik nəzarəti xüsusi bir səbəb olmadan edilə bilməsi ilə xarakterizə olunur. Polisler bunun üçün özlərinə haqq qazandırmağa mecbur deyillər. Ümumi trafik nəzarətinin bir hissəsi olaraq, avtomobil əvvəlcə dayandırıla, sürücü və avtomobildeki diger şəxslərin şəxsiyyəti müəyyənləşdirilə bilər. Bundan əlavə avtomobili saxlayan polislərin, avtomobilin yol üçün / idarə etmək üçün yararlı vəziyyətdə oldugundan əmin olmaları üçün icazələri var (məsələn, şinləri yoxlamaq və ya ilk yardım dəstini və xəbərdarlıq üçbucağını yoxlamaq). Buna baxmayaraq polislərin sizin avtomobilə baxış keçirmıəyə / axtarış etməyə icazə verilmir.

Polis əməkdaşları avtomobilə və yük yerinə/baqaja yalniz əllərində „axtarış etmək üçün məhkəmə qərarı“ (almanca richterlicher Durchsuchungsbefehl) olduğu halda baxış keçirə bilərlər. Ancaq bəzi hallarda əgər polis əməkdaşının cinayətə əsaslı şübhəsi olarsa, avtomobili yoxlama icazəsi var. Məsələn, avtomobilin içində marixuanın qoxusu olduğu halda belədir. Bele olduğu halda polis əməkdaşları özləri müəyyən şərtlər altında axtarış qərarı verə bilərlər. Bununla qarşılaşan sürücülər bu tip hallarda polisdən sakit tonla və hörmətlə „axtarış etmək üçün məhkəmə qərarı“nın olub olmadığını və yaxud avtomobilə hansə səbəbdən baxış keçirmək istədiklərini soruşmalıdırlar və ya soruşa bilərlər.

Avtomobilə Gömrük xidməti vasitəsi ilə baxış/axtarış kecirilməsi

Gömrük tərəfindən avtomobilə baxış/axtarış keçirilməsi səlahiyyətləri Gömrük qanunvericiliyi ilə tənzimlənir (ZollVG). § 10 Abs. 1 ZollVG əsasən sərhəd bölgəsində gömrük işçiləri istənilən vaxt yoxlamalar həyata keçirə bilərlər. Bundan əlavə, nəqliyyat vasitəsinin yoxlanışı ilə bəraber, avtomobildə oturan şərnişinlərə də baxış keçirilə bilər. Polisdən fərqli olaraq gömrük əməkdaşları hər hansı müəyyən bir səbəbə və ya cinayətə dair xüsusi şübhəyə istinad etməməlidir. Sərhəd yaxınlığında olan ərazilər sərhədi keçəndən sonra torpaqda 30 km dənizdə isə 50 km aralıda bitir.

Belə yoxlamaların əsas səbəbi § 10 Abs. 2 ZollVG əsasən avtomobildə „gömrük nəzarətindən“ keşməsi məcburi olan malların ola bilməsi və ya olmasıdır. Bunun üçün gömrük nəzarəti altında olan qanunsuz malların keçirilməsi və ya keçirilmə cəhdi barədə kifayət qədər faktiki sübutlar olmalıdır. Ancaq nəzərdə saxlamaq lazımdır ki, ilkin şübhənin mövcud olması üçün ciddi tələblər yoxdur.

Nəticə:

Bununla belə bir nəticəyə gəlmək olar ki, siz avtomobilə baxış/axtarışın əsasən polis tərefindən deyil, gömrük tərəfindən həyata keçirilməsini daha çox gözləməlisizniz. Yuxarıda qeyd olunanlara baxmayaraq, əgər keçirilən baxış/axtarış sizə qanuni görünmürsə, Siz bu barədə polis və ya gömrük işçilərini məlumatlandırmalısınız. Unutmayin ki, baxış/axtarış sizə qanunsuz gəlsə də belə, siz polis və ya gömrük işçisini bu barədə məlumatlandırdığınız zaman qətiyyən onların baxış/axtarış keçirmələrinə maneə törətməməli və ya müdaxilə etməməlisiniz. Səbəb isə bu tədbirin nə dərəcədə qanuni keçirilib keçirilməməsi məhkəmə qaydasında əlavə olaraq yoxlanıla bilər.

Hər birinize Uğurlar!